"Azərneftyağ" Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 305 saylı qurğusunda cari təmir işləri başa çatdırılıb. SİA Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, bu ilin iyul ayında başlamış təmir işlərinin əsas məqsədi digər istehsalat sahələri ilə texnoloji inteqrasiyanın gücləndirilməsi və istehsalın səmərəliliyinin artırılması olub.
Təmir zamanı qurğunun bir neçə istidəyişdiricisinin boru dəstləri dəyişdirilib. Avadanlıqlara texniki baxış keçirildikdən sonra qurğu istismara buraxılıb. Hazırda qurğu tam gücü ilə işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB