RYTN-də yeni təyinatlar Siyahı

Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyində bir sıra təyinatlar edib. SİA-nın məlumatına görə, Elmir Tofiq oğlu Vəlizadə dövlət başçısının digər sərəncamı ilə nazir müavini təyin edilib.

Eyni zamanda Adil Abdulxalıq oğlu Qəribov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.



Prezidentin digər sərəncamı ilə nazir Əli Abbasovun müavini İltimas Məmmədov birinci müavin təyin edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə