Pirallahı rayonunda “Yüksək Texnologiyalar Parkı”nın tikintisinə yaxın müddətdə başlanılacaq
Bu ilin ilk 6 ayı ərzində qazanılan uğurlar Pirallahı Rayon İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı.
Yığıncaqda cari ilin ilk altı ayında görülən işlər haqqında hesabatı əks etdirən videoçarx nümayiş olundu.
Videoçarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, hesabat dövründə Pirallahı qəsəbəsinin coğrafi məlumat bazası işlənib başa çatdırılıb. Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanunun tətbiqi ilə əlaqədar yeni müəyyən edilmiş sərhədlərdə mərzçəkmə işləri yekunlaşıb.
Videoçarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verilmiş, Pirallahının perspektiv inkişaf planlarından geniş danışılmışdır.
Prezident İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapıb. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi əks olunub. Hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik iki uşaq bağçasının tikintisinə start verilib.
Bakı şəhəri Pirallahı rayonu ərazisində "Yüksək Texnologiyalar Parkı"nın tikintisinə yaxın müddətdə başlanması üçün sənədləşmə prosesi başa çatmaqdadır.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisinə başlanılıb.
Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Rayonun baş planının hazırlanması istiqamətində zəruri işlər görülməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB