Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi işlərinin böyük hissəsi yerinə yetirilib. Nəqliyyat Nazirliyi "Azəyolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi xəbərə görə, uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulan keçidin 64 m-lik hissəsi hazırdır.
Onun sözlərinə görə, qalan 24 m-lik hissədə isə dəmir-beton işləri davam etdirilir: "2 girişi və 2 çıxışı olacaq keçidin hazır olan 64 m-lik hissəsinin döşəmə və divarları üzlənib, eyni zamanda qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib. Müasir işıqlandırma sistemi nəzərdə tutulan keçiddə tikinti işlərinin cari ilin avqust-sentyabr aylarında yekunlaşması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB