ADA-da biznes və texnologiya sahəsində irəliləyişlər müzakirə olunub FOTO
Bu gün ADA Universitetində "Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər" mövzusunda XVI beynəlxalq konfrankeöz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfrans ADA Universiteti Biznes İnstitutunun dekanı Nejdet Delener və Universitetin rektoru Hafiz Paşayevin salamlama nitqi ilə başlayıb.
Konfransın plenar sessiyasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış edib.
Əli Abbasov Xəzər dənizi hövzəsi regionunda Bakının informasiya texnologiyaları mərkəzinə çevirlməsi məqsədilə görülən işlər və atılan addımlar barədə məlumat verib.
Şahmar Mövsümov isə "Azərbaycanın iqtisadiyyatınındiverfikasiyası məqsədilə neft gəlirlərinin idarə olunması" mövzusunda çıxış edib.
Qeyd edək ki, konfransda 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir. İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənayə və təşkilatların idarə edilməsində qarşıya çıxan idari problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim ediblər. Konfrasın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelladiya, Çexiya, Braziliya, Koreya, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB