Oktyabr ayında yeni piyada keçidi istifadəyə veriləcək FOTO

Oktyabr ayında yeni piyada keçidi istifadəyə veriləcək FOTO

Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır.

Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, keçidin bir giriş-çıxışı Bədən Tərbiyəsi və İdman Akademiyası, digəri isə "Caspian Shop" ticarət mərkəzi istiqamətinə olacaq.

Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək: "Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb. Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə