Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının siyahısı genişlənir
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzFinance Asset Management" MMC-yə beş il müddətinə aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərməklə bağlı yeni xüsusi icazə verib. SİA-nın komitənin saytına istinadən verdiyi xəbərə görə, hazırda qiymətli kağızlar bazarında broker fəaliyyəti üzrə 15, diler fəaliyyəti üzrə15, depozitar fəaliyyət üzrə 3, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, aktivlərin idarə olunması və klirinq fəaliyyətinin hər biri üzrə 2, fond birjasının fəaliyyəti üzrə bir lisenziya qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB