Şahin Mustafayev Zaqatalada vətəndaşları qəbul edəcək

Şahin Mustafayev Zaqatalada vətəndaşları qəbul edəcək

İyulun 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mnətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Zaqatala Rayon Mədəniyyət Evində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə