Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin sədri Qərib Məmmədov iyulun 4-də Qəbələ şəhərində vətəndaşların qəbulunu keçirəcək. SİA-nın məlumatına görə, qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, qəbul saat 10:00-da Qəbələ şəhərində yerləşən mədəniyyət evində başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB