Şəmkirin taxıl zəmilərində bol məhsul yetişdirilib

Şəmkirin taxıl zəmilərində bol məhsul yetişdirilib

Bu il Şəmkirin taxıl zəmilərində bol məhsul yetişdirilib. SİA-nın məlumatına görə, Ümumilikdə 19 min hektara yaxın sahədə həm payızlıq, həm də yazlıq taxıl yetişdirən təsərrüfat sahibləri zəmilərdən 70 min tondan çox məhsul götürmək əzmindədirlər.

Hazırda sahələrdə 80-ə yaxın kombayn işləyir. Hələlik hər hektardan 39 sentner məhsul toplanılır.

Qeyd edək ki, respublikamıza xarici ölkələrdən gətirilmiş 471 ədəd "Sampo", "Class" və "New Holland" markalı kombaynlardan 9 ədədi Şəmkir rayonuna verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə