Qəbələdə Azərbaycan İran iqtisadi komissiyanın iclası keçiriləcək

Qəbələdə Azərbaycan İran iqtisadi komissiyanın iclası keçiriləcək

Cari ilin yanvarında Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü və aprel ayında dövlətimizin başçısının Tehrana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin intensiv inkişafına təkan verib.

SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, iyun ayında hər iki dövlətin iqtisadi strukturlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin nəticəsində qərara alınıb ki, avqustun 4-5-də Azərbaycanın Qəbələ şəhərində İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilsin.

İclasda ölkələrimiz arasında ticarət mübadiləsinin həcminin artırılması, rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi və başqa məsələlər müzakirə olunacaq.

İran nümayəndə heyətinə hökumətlərarası iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə