Füzuli rayonunun Mahmudlu-2 kəndində yeni üzüm bağları salınır. SİA-nın xəbərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilməklə salınan üzüm bağlarının ümumi sahəsi 50 hektardır. Bunun 12 hektarı əvvəlki illərdə, 9 hektarı ötən il, 29 hektarı isə bu il salınıb. Bağlardakı üzüm tingləri əsasən Fransadan gətirilib. Əvvəlki illərdə salınan bağlardan da məhsul götürülür.
Yeni salınmış üzüm bağları məhsuldarlığa düşdükdən sonra rayonda ildə təxminən 400 tondan çox məhsul istehsal ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB