Füzuli rayonunda 1000 başlıq heyvandarlıq kompleksi yaradılır
Füzuli rayonunun Mahmudlu-2 kəndində 1000 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksi yaradılır. SİA-nın məlumatına görə, tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisənin ümumi sahəsi 7 hektardır. Artıq bir fermanın və senaj quyusunun tikintisi başa çatmış, 420 baş cins heyvan gətirilib. Hazırda bir fermanın, sağımxananın, buzovlar üçün tövlənin, yem anbarının tikintisi davam etdirilir.
Qeyd edək ki, heyvandarlıq kompleksi tam fəaliyyətə başlayandan sonra burada ildə 7,6 min ton süd istehsal edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB