“Bakı körfəzi dəniz körpüsü” inşa ediləcəkdir

“Bakı körfəzi dəniz körpüsü” inşa ediləcəkdir

Xəzər dənizi üzərində uzunluğu 26 kilometr olan "Bakı körfəzi dəniz körpüsü"nün inşası nəzərdə tutulub. Bunu 2-ci Xəzər Beynəlxalq "Yol və yeraltı infrastruktur – urbanizasiya problemlərinin həlli yolları" mövzusunda keçirilən konfransda Nəqliyyat Nazirliyinin sektor müdiri Heydər Turabov bildirib. Vurğulanıb ki, bu körpü eyni zamanda estetik görkəmi ilə paytaxtın simvollarından birinə çevriləcəkdir.

H.Turabov əlavə edib ki, körpü Bakı buxtasının iki sahilini birləşdirməklə, nəqliyyat vasitələrinin şəhərin mərkəzi hissəsinə daxil olmadan, şimal və cənub istiqamətindən şəhərin şərq və əks istiqamətdə hərəkətinə şərait yaradacaqdır.

Layihə gündəmdə olsa da, onun həyata keçirilməsi böyük vəsait tələb etdiyindən, müəyyən ləngimələr mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə