May ayında Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, 2014-cü ilin may ayı ərzində 2 milyon 207 min 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.(Bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 703 min 142 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB