Çarlz Hendri: “Azərbaycan Avropa bazarının qazla təmin olunmasında vacib əhəmiyyət kəsb edir”
Azərbaycan yaxın onilliklərdə Avropa bazarının qazla təmin olunmasında həyati vacib əhəmiyyət kəsb edir. SİA-nın xəbərinə görə, bu sözləri Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan regionun tam mərkəzində yerləşir. Onun sözlərinə görə, ölkənin iri enerji resursları Avropanın və dünyanın enerji bazarlarının əsasıdır.
Elçi qeyd edib ki, Xəzər qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" Aİ-yə ixracın şaxələndirilməsində mühüm rol oynayır: "Cənub Qaz Dəhlizi" ən mürəkkəb infrastruktur layihələrindən biridir".
Azərbaycan Britaniya arasında tərəfdaşlıq əlaqələrindən danışan elçi söyləyib ki, Azərbaycan təkcə enerji sahəsində yox, digər sahələrdə də Böyük Britaniyanın mühüm tərəfdaşıdır: "Azərbaycanda 300 Britaniya şirkəti çalışır. Onlar təkcə energetika deyil, həm də inşaat, dizayn, təhsil kimi sahələrdə fəaliyyət göstərirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB