Bu gün Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Sərgi və konfransda yüksək səviyyəli qonaqlar arasında Böyük Britaniyanın baş nazirinin Azərbaycandakı ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Norveçin neft və energetika nazirinin müavini Kare Festervold, BP şirkətinin baş icraçı direktoru Daniel Ştayn və digərləri də var.
Bu il sərgidə 29 ölkədən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70%-dan çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə "Əsrin müqaviləsi"nin iştirakçıları var. Sərgi iştirakçılarının ümumi sayının 35%-ni yerli şirkətlər təşkil edir.
Sərgi ilə yanaşı 4-5 iyun tarixlərində 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransı da keçiriləcək. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayəsinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin çıxışı daxil edilib.
Qeyd edək ki, sərdi ARDNŞ, Energetika Nazirliyinin dəstəyi ilə "İTE Group Plc" və "İTECA Caspian" şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
Nailə İbrahimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB