ARDNŞ yeni quyu istismara verdi

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Qalmaz" yatağındakı 630 nömrəli quyunu qazmadan sonra istismara verib. ADRNŞ-dən SİA-ya verilən məlumata görə, quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın II horizontuna qazılıb.

Quyuya sutkalıq 240 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə