“Azərbaycanda biznes sektorunun inkişafında maraqlıyıq”

“Azərbaycanda biznes sektorunun inkişafında maraqlıyıq”

"Polşa özü də kapital bazarının inkişafı istiqamətində Azərbaycanın keçdiyi yola bənzər yol keçib. Tvinninq layihəsi ərzində Polşa təcrübəsinin öyrənilməsi, onun Azərbaycanda tətbiq edilməsi uğurlu olub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Tvinninq layihəsi çərçivəsində iki il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edilib. Layihənin əsas icraçısı Polşanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Polşalı ekspertlər Azərbaycanda qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində çalışıb: "Aİ Azərbaycanın ən böyük ticarət müttəfiqi, ən böyük investorlardan biridir. Ona görə bu da öz özlüyündə onu bildirir ki, Azərbaycanda biznes sektorunun inkişafı, ümumi inkişafda maraqlıyıq. Biz gələcəkdə də bu işlərdə iştirak etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə