Dövlət büdcəsindən DSMF-yə 1077 mln. manat transfert edilib

Dövlət büdcəsindən DSMF-yə 1077 mln. manat transfert edilib

2013-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə 1813,6 mln. manat proqnoza qarşı icra 1750,4 mln. manat və yaxud 96,5 faiz olub. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də nəzərə alınmaqla, sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,6 faizi həcmində və yaxud 1829,2 mln. manat vəsait ayrılıb. SİA-nın xəbərinə görə, bu barədə göstəricilər 2013-cü ilin dövlət büdcəsinin hesabatında yer alıb.

Funksional təsnifata uyğun olaraq 2013-cü ildə dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunan vəsaitin 1730,9 mln. manatı və yaxud 98,9 faizi sosial müdafiə, 19,4 mln. manatı və yaxud 1,1 faizi sosial təminat xərclərinə yönəldilib.

2013-cü il dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna 1077 mln. manat məbləğində vəsait transfert edilib ki, bu da 2012-ci illə müqayisədə 32,7 mln. manat və yaxud 3,1 faiz çoxdur. 2013-ci ildə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı sosial yardımların ödənilməsinə dövlət büdcəsindən 201,1 mln. manat vəsait yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 1,4 mln. manat və yaxud 0,7 faiz çoxdur.

Hesabat ilində aztəminatlı ailələrə müavinətlərin verilməsinə 6,7 mln. manat vəsait ayrılıb. 2013-cü il dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərə verilən müavinətlər 109,9 mln. manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 1,7 mln. manat və yaxud 1,6 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə