DMX: "Rusiya təklifimizi qəbul edib, danışıqlar aparmağa hazırdır"

DMX: "Rusiya təklifimizi qəbul edib, danışıqlar aparmağa hazırdır"

"Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti bir çox ökələrlə razılaşmalar əldə edib. Bir müddət əvvəl qurumumuz Rusiya ilə də müqavilə bağlamaq üçün müraciət etmişdi. Artıq Rusiya tərəfi təklifimizi qəbul edib, bizimlə danışıqlar aparmağa hazırdır. Yəqin ki, bununla bağlı əməkdaşlarımız yazın vaxtlarda Moskvaya ezam olunacaqlar". SİA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bu gün Bakıda keçirilən I Xəzər Enerji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı xidmət əməkdaşları yaxın vaxtlarda Moskvaya ezam olunacaqlar.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat verən qurum rəsmisi bildirib ki, xidmət 7 il ərzində sürətli inkişaf yolu keçib: "Bu müddət ərzində miqrasiya ilə bağlı 155 qanun qəbul edilib, qanunvericilik aktlarına əlavələr və dəyişiklilkər edilib. İndiyədək Miqrasiya Xidmətinə 650 mindən çox müraciət daxil olub. Qanunvericiliyin tələblətinə uyğun olaraq müracitlərə baxılıb. Təkcə bir ildə 12 mindən artıq əcməbiyə iş icazəsi verilib. 50 mindən artıq əcnəbi isə müvəqqəti və daimi yaşayış yerləri ilə təmin olunub. 4 min əcnəbi qanunsuzluqlara yol versə də, onlara müəyyən səbəblərdən leqallaşdırılmış formada ölkəmizdə yaşamağa icazə verilib".

Pərviz Musayev onu da qeyd edib ki, Miqrasiya Xidmətinin ölkəyə gələn hər bir əcnəbi barədə kifayət qədər məlumatı olmalıdır: "Bu gün xidmət ölkə daxilində miqrasiyanın tənzimlənməsindən əlavə ölkə kənarında yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması istiqamətində də işlər aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə