Nazirlikdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Nazirlikdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Qarabağ Taxıl" MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və "Kubanzerno" Tədqiqat və İstehsalat Birliyi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat ximdətindən SİA-ya verilən məlumata görə, Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə