Abid Şərifov: "Qısa müddətdə Ceyranbatan su anbarının açılışı olacaq"

Abid Şərifov: "Qısa müddətdə Ceyranbatan su anbarının açılışı olacaq"

"Qısa müddətdə Ceyranbatan su anbarının açılışı olacaq". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda milyardlar tələb edən layihə reallaşacaq: "10-15 il öncə Azərbaycanın bütün bölgələrinin təmiz su ilə təchiz olunması, kanalizasiya xətlərinin tam çəkilişi, çirkab sularının təmizlənməsi inanılması çətin məsələ idi. Belə ki, bir neçə il əvvəl Ceyranbatan su anbarında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində gün ərzində paytaxtın bəzi yerlərinə 1-2 saat su verilirdi. Bu kimi problemlərin qarşısının alınması məqsədilə qərara alındı ki, 270 milyondan artıq su anbarı tikilsin. İstifadəyə veriləcək Ceyranbatan su anbarının suyundan həm içməyə, həm də 10 minlərlə hektar ərazinin suvarılmasında istifadə olunacaq. Ümumilik də, ölkə rəhbərinin göstərişi ilə Azərbaycanın su təchizatının həyata keçirilməsi istiqamətində böyük işlər görülür. Bu tədbirlərin 2-3 il müddətində başa çatacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə