Bu gün Cənub zonasına qaz fasilələrlə veriləcək

Bu gün Cənub zonasına qaz fasilələrlə veriləcək

Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında qismən məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Astara-Qazıməmməd" magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarına və Cəlilabad rayonunun bir hissəsinə təbii qazın verilişində qismən fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə