Ötən ay ARDNŞ 11 697 ton təyyarə yanacağı ixrac edib

Ötən ay ARDNŞ 11 697 ton təyyarə yanacağı ixrac edib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayında 78 686 ton dizel yanacağı ixrac edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır.

Ötən ay ARDNŞ 11 697 ton təyyarə yanacağı ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,3% azdır.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində ötən illə müqayisədə 383 ton avtomobil benzini ixrac edilib ki, bu da 2013-cü ilin 3 ayı ilə müqayisədə 40,9 dəfə azdır. Bu ilin 3 ayında ötən ilə nisbətən 2,3% az və ya 242 962 ton dizel yanacağı ixrac edilib. Bu müddət ərzində 2,2% çox və ya 34 943 ton təyyarə yanacağı və 34 448 ton vakuum qazoylu ixrac edilib.

Qeyd edək ki, bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 976,02 ABŞ dolları, təyyarə yanacağının 933,43 dollar, dizel yanacağının 889,07 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə