Martın 28-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıtda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tarix Muzeyində (Ünvan: Sumqayıt şəhəri, H.Əliyev pr., 4-cü mikrorayon) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Abşeron regional bölməsi (Ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (050/055) 235-01-81, (018) 654- 42 -23, faks: (018) 654- 42 -23, elektron poçt ünvanı: ([email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB