2014-cü ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 0,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 13,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2014-cü ilin fevral ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,8 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşıb. Fevral ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 3,4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı və maşın və avdanlıqların quraşdırılması və təmiri üzrə 1,2 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,5 faiz ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB