Sabiq nazir: “Ölkənin iqtisadi inkişafında kiçik şirkətlərə xüsusi diqqət yetirilməlidir”
İstər Azərbaycan, Polşa, ABŞ, istərsə də Çin iqtisadiyyatında əsas yerlərdən birini elmi institutlar tutur. SİA-nın məlumatına görə, bu sözləri Polşanın sabiq maliyyə naziri Qjeqoj Vitold Kolodko (Grzegorz Witold Kołodko) bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı deyib.
Sabiq nazir bildirib ki, korrupsiya ilə birgə mübarizə aparılmalıdır: "Bu, oyunun qaydalarıdır və biz inklyuziv iqtisadi inkişafa nail olmalıyıq. Çünki inkişaf bundan asılıdır. Ölkənin həm idxalı, həm də ixracı şaxələndirilməlidir və bu işdə kiçik şirkətlərə xüsusi diqqət yetirilməlidir. Dünya təcrübəsinə əsasən, Azərbaycan kimi ölkələrin iqtisadiyyatının inkişafı üçün məhz bu istiqamət daha səmərəli hesab olunur. Gələcəkdə iqtisadiyyatın inkişafı üçün innovasiya, marketinq, korporativ idarəetmə və s. bu kimi sahələrə xüsusi önəm verilməlidir. Eyni zamanda bu strategiyada kiçik şirkətlərin rolunu unutmamaq lazımdır. Çünki onların da öz strategiyaları var və onlar dövlətə böyük gəlir gətirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB