Şahin Mustafayev Monteneqroya səfərə gedir

Şahin Mustafayev Monteneqroya səfərə gedir

Martın 4-6-da Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Monteneqroda səfərdə olacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası və Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək.

Monteneqroya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, yerli müəssisələrin fəaliyyəti ilə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə