Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,62 dollar və ya 0,6% artaraq 1 barelə görə 102,82 dollar olub. SİA-nın məlumatına görə, fevralın 24-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,79 dollar və ya 0,7% artaraq 110,64 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB