ƏMDK elektron xidmət formasını daha da genişləndirəcək

ƏMDK elektron xidmət formasını daha da genişləndirəcək

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) bu il elektron xidmət formasını daha da genişləndirəcək. SİA-nın məlumatına görə, komitənin həyata keçirəcəyi bu və digər yeniliklər barədə Mingəçevir şəhərində təşkil olunan seminar-müşavirədə məlumat verilib. Vətəndaşlara şəffaf, çevik və səmərəli xidmət göstərmək məqsədilə ƏMDK 2012-ci ildən etibarən xidmətlərini elektron formaya keçirməyə başlayıb. Hazırda komitədə 40 xidmətdən 16-sı elektrondur. Qısa vaxt ərzində daşınmaz əmlakın dövlət reysterindən çıxarışın, məhdudiyyət arayışının, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışın alınması, ipotekanın və lizinqin qeydiyyatı üçün elektron xidmətlər üzrə 9 mindən artıq müraciət daxil olub.

Məlumata görə, daha bir yenilik komitənin Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi onlayn xidmətidir. Bu mexanizmə əsasən vətəndaşlar əmlaklarının alqı-satqısı zamanı tələb olunan yükliyə - forma 1 arayışlarını natariuslardan onlayn rejimdə ala biləcəklər.

Ən son yenilik isə asan xidmətlə bağlıdır. Bundan başqa vətəndaşlar daşınmaz əmlakın alqı-satqısı zamanı natariuslar tərəfindən təsdiq olunan müqavilələri, xidmət ödəniş sənədlərini onlayn qaydada əmlak komitəsinə ötürə biləcəklər. Sözügedən sistemlərin yaxın günlərdə istifadəsi planlaşdırılır.

Şamxal Cəliloğlu, Mingəçevir

Bütün xəbərlər Facebook səhifəmizdə