Aynur Sofiyeva: "Məişət zorakılığı qanununun tətbiqi istiqamətində müvafiq qurumlarla işlər aparılır”
"Ailə-nigah məsələləri ilə bağlı böyük problemlər ölkəmizdə yoxdur". Bunu SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Onun sözlərinə görə, son dövrlər nigahların sayı artıb: "Bununla yanaşı, gənclərin maarifləndirilməsi istiqamətində araşdırmalar, aparılır, maarifləndirici tədbirlər görülür. Gənclərlə yaşlı nəslin dioloqların qurulması istiqamətində bir sıra görüşlər həyata keçirilir. Yəni, gənclik nə qədər savadlı, ağıllı, bacarıqlı və müasir olsa da, yaşlı nəslin təcrübəsindən, öyüd-nəsihətindən istifadə etməlidir. Daha sonra məktəblərdə, hərbi hissələrdə əsgərlərlə milli-mənəvi dəyərlərlə bağlı tədbirlər həyata keçirilir. Hər bir ailənin şəxsi həyatına daxil olmaq mümkün deyil. Bunun üçündə Təhsil Nazirliyi ilə birgə məktəb layihəsi fevral ayının 18-də həyata keçiriləcək. Məktəbdəki şagirdlərin psixoloji vəziyyəti ilə bağlı məktəb psixoloqlarla ilə birgə işlər planımız var. Ona görə də psixoloqların üzərinə böyük məsuliyyət düşür. Məişət zorakılığı qanunun tətbiqi istiqamətində müvafiq qurumlarla işlər aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB