Aydın Hüseynov: "Azərbaycan və Gürcüstan arasında ticarət əlaqələri daha da genişlənəcək"

Aydın Hüseynov: "Azərbaycan və Gürcüstan arasında ticarət əlaqələri daha da genişlənəcək"

"Gürcüstan bütün mənalarda strateji baxımdan Azərbaycana dost ölkədir. Bu ölkənin enerji təminatında və onun Avropaya çıxış imkanlarında Azərbaycan böyük rol oynayır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, vaxtaşırı Azərbaycan Gürcüstana öz köməkliyini göstərib: "Hazırda Bakı-Tbilisi-Ceyhan, gələcəkdə isə TANAP və Bakı-Tbilisi-Ərzurum dəmir yolu xətti Gürcüstandan keçəcək. Bütün bu infrastruktur layihələrinin mövcudluğu gələcəkdə də iki ölkə arasında ixrac potensialının güclənməsinə əsas verir. Bununla da Azərbaycan və Gürcüstan arasında ticarət əlaqələri daha da genişlənəcək. Azərbaycanın gələcəkdə bəzi məhsulları məhz Gürcüstandan idxal etməsi daha sərfəli olacaq. Ona görə də, Azərbaycanın idxal və ixrac əməliyyatlarında Gürcüstan yaxından iştirak edəcək. Bu isə hər iki dövlətin iqtisadiyyatına və ticarət dövriyyəsinə, eyni zamanda Azərbaycanın və Gürcüstanın siyasi mənada bir-birinə yaxınlaşmasına böyük təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə