Tahir Rzayev: “Azərbaycan-Gürcüstan regional əməkdaşlığı dünyada örnəkdir”
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm Türkiyə, həm də Gürcüstanla siyasi və iqtisadi əlaqələrin davamlı olaraq inkişafına böyük önəm verir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev deyib.
Onun sözlərinə görə, əldə olunan uğurlar nəticəsində bu əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib: "Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyada örnək olmaqla yanaşı həm də əhəmiyyətlidir. Azərbaycanın qaz kəmərləri Gürcüstan ərazisindən keçməklə yanaşı, orada azərbaycanlılar yaşayırlar. Əlbəttə ki, bu da iqtisadi və mədəni əməkdaşlığın daha da möhhkəmlənməsinə səbəb olan amillərdəndir".
Tahir Rzayev onu da qeyd edib ki, Azərbaycanın və Orta Asiya regionunun enerji resursları Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilir, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: "Bu isə Azərbaycanın əhəmiyyətini daha da artırır. Bu gün bir çox dünya ölkələrində yaşanan maliyyə və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu neqativ təsirlərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir, iqtisadi inkişafı davam edir, bütün proqramlar uğurla icra olunur. Bir sözlə, həyata keçirilən layihələr o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans Anadolu qaz boru xətti kimi yeni layihələr bu əməkdaşlığa mühüm töhfədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB