Azərbaycan Aİ-95 markalı benzini xaricdən idxal edəcək

Azərbaycan Aİ-95 markalı benzini xaricdən idxal edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına keçməklə bağlı təkliflə hökumətə müraciət edib. SİA-nın məlumatına görə, bunu jurnalistlərə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev bildirib ki, əgər hökumət təklifi qəbul etsə, Aİ-95 markalı benzin idxal olunacaq: "Artıq ölkədə benzinə olan tələbatı ödəmək üçün Аİ-98 markalı benzin xaricdən idxal olunur".

ARDNŞ-ın prezidenti qeyd edib ki, qarşıdakı bir neçə il ərzində ARDNŞ 2023-2025-ci illərə qədər, yəni yeni neft-qaz istehsalı kompleksi işə düşənə və neft-kimya məhsullarının buraxılışınadək respublikanın tələbatını təmin etməkdən ötrü NEZ-lərdə benzin istehsalının gücünü artırmaqla bağlı işlər görəcək.

R. Abdullayev vurğulayıb ki, ARDNŞ eyni zamanda buraxılan yanacağın Avro-4 standartlarına çatdırılması üzrə işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə