“E-hökumət” portalının “Facebook”da 120 min istifadəçisi var
"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsinə maraq günü-gündən artır. SİA-nın xəbərinə görə, hazırda səhifə istifadəçilərinin sayı 120 min nəfər təşkil edir. Sözügedən "Facebook" səhifəsi ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.
Qeyd edək ki, "Elektron hökumət" portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.
Xatırladaq ki, "Elektron hökumət" portalı dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB