Tahir Rzayev: “Konfransda səsləndirilən fikirlər Azərbaycanda əldə olunan uğurlardan xəbər verir”
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasının yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlər Azərbaycanda əldə olunan iqtisadi və sosial uğurlardan xəbər verir". SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev belə deyib.
Onun sözlərinə görə, bu proqram ölkədə yüksək səviyyədə həyata keçirilib və əldə olunan nailiyyətlər göz qabağındadır: "Prezident İlham Əliyev bu konfransda bir sıra məsələlərə toxunub və qeyd edib ki, qarşıda böyük vəzifələr durur. Biz dövlətə, xalqa xidmət edən insanlar kimi, bu yeni proqramı da yerinə yetirməliyik. Bu fikirlər olduqca əhəmiyyətli və qiymətlidir. Konfransda bütün məmurlara ölkə başçısı İlham Əliyev çox böyük tələbkarlıqla bildirib ki, biz xalqın xidmətçisiyik. Buna görə də biz xalqa xidmət etməklə bir növ bu xalqın inkişafına xidmət edirik. Keçirilən bu konfrans öz əhəmiyyəti və ciddiliyi ilə olduqca vacib idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB