Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
2014-cü ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 445 ton Azərbaycan nefti nəql olunub. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il fevral ayının 1-ə qədər BTC-yə 237 milyon 545 min 38 ton neft vurulub.
Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 min 462 ton Türkmənistan nefti, 238 min 399 ton isə Qazaxıstan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB