Argentinanın “Megatrade” jurnalı Azərbaycanın enerji layihələrindən yazıb
Argentinanın beynəlxalq ticarət üzrə ixtisaslaşmış "Megatrade" jurnalının yanvar buraxılışının enerji rubrikası bütövlükdə Azərbaycanın enerji layihələrinə həsr edilib.
Həmin rubrikada dərc edilmiş "Əsrin yeni müqaviləsi: Xəzərin "Şahdəniz-2" yatağından qazın Avropaya nəqli" adlı məqalə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə dair imzalanmış yekun investisiya qərarından bəhs edir. Məqalədə "Şahdəniz-2" ilə yanaşı, TANAP və TAP layihələrindən də söhbət açılır, onların Azərbaycanın inkişafına və layihəyə cəlb olunmuş ölkələr arasındakı əməkdaşlığa verəcəyi töhfələr qeyd edilir.
Yazıda bu layihələrin geosiyasi və geoiqtisadi əhəmiyyəti, habelə Avropaya qaz təchizatı mənbələrinin şaxələndirilməsinin faydaları vurğulanır.
Jurnalın enerji rubrikasında səfir Məmməd Əhmədzadənin yanvarın 15-də Argentinanın "El Cronista" qəzetində dərc edilmiş "Azərbaycan Avropanın enerji xəritəsini dəyişir" adlı məqaləsi, həmçinin "Şahdəniz-2", TAP və TANAP layihələri barədə texniki göstəricilər, onların həyata keçirilməsi çərçivəsində görüləcək işlərlə bağlı məlumatlar, müvafiq xəritə və şəkillər də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB