Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü il ərzində fəaliyyətin yekunlarına həsr olunan geniş Kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı 2013-cü il ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal miqyasda mövcud olan iqtisadi risklərin və dünyanın aparıcı iqtisadiyyatında baş verən proseslər fonunda artım templərinin aşağı düşdüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sədr Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında ötən dövrlərdə olduğu kimi 2013- cü il ərzində sabit və dayanıqlı inkişafın davam etdiyini bildirib.
R. Aslanlı ötən ilin Azərbaycan xalıq üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirərək, ilk növbədə şəffaf, ədalətli və demokratik mühitdə keçirilən seçkilərdə böyük səs üstünlüyü prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçildiyini vurğulayıb. O çıxışında, təkcə Azərbaycanın deyil, dünyanın enerji landşaftını dəyişdirə biləcək və ölkəmizin regional liderliyinin təcəssümü olan "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması barədə söz açıb.
R. Aslanlı 2013-cü ildən başlayaraq ölkə iqtisadiyyatının artım dinamikasının qeyri-neft sektorunun təmin etməsinin çox müsbət hal olduğunu vurğulayıb. Sədr hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında mühüm proseslərin baş verdiyini qeyd edərək, bazar infrastrukturunun və hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı baxımından əhəmiyyətli işlərin həyata keçirildiyini bildirib.
Komitə sədri 2013-cü il ərzində qiymətli kağızlar bazarının ticarət infrastrukturunda köklü dəyişikliklərə nail olunduğunu və kilirinq –hesablaşma və depozitar funksiyalarını birləşdirməklə Mərkəzi Depozitar institutunun formalaşdırılmasının başa çatdığını vurğulayıb. Bununla da gələcəkdə Azərbaycanın qiymətli kağızların təkrar bazarında dinamik inkişafı üçün bütün insttsional şəraitin təmin edildiyi iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sədr hesabat dövründə komitə tərəfindən göstərilən elektron xidmətlərinin istifadə imkanlarının və səviyyəsinin genişləndirildiyini qeyd edərək, cari ildə bu istiqamət üzrə işlərin davam etdiriləcəyini vurğuladı. R.Aslanlı ötən dövr ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların dinamikasının qorunub saxlandığını, korporativ qiymətli kağızların ticarətində ötən dövrlərlə müqayisədə 31% artımın müşahidə olunduğunu bildirib.
Daha sonra QKDK-nın sədrinin müavinləri və struktur bölmələr rəhbərləri çıxış edərək, 2013-cü il ərzində həyata keçirilmiş tədbirlər və müvafiq strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər.
İclası yekunlaşdıran Kollegiyanın sədri R. Aslanlı "2011-2020-ci illərdə Qiymətli Kağızlar Bazarının İnkişafına dair" Dövlət Proqramında, həmçinin struktur bölmələr tərəfindən hazırlanan "2013-2015-ci illər üzrə Strateji Plan"-nın 2014-cü ilin Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB