Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə görüşüb
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda həyata keçirilən "İnvestisiya mühiti üzrə məsləhət xidmətləri" layihəsi çərçivəsində missiyasının nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda həyata keçirilən "İnvestisiya mühiti üzrə məsləhət xidmətləri II"layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının və Beynəlxalq Maliyyə Korporasiyasının 2015-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi ilə layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirib və daim dəstək olacağını bildirib. Görüş çərçivəsində əsas proiritet sahələr hesab edilən "Bağçılıq sahəsində dəyər zəncirinin təhlili", investisiya mühiti sahəsində şəffaflığın artırılması, investorlar üçün riskin və biznes üçün məsrəflərin azaldılması vasitəsilə rəqabətli və ədalətli mühitin təşviq edilməsi, aqrobizneslərin rəqabət qabiliyyətinin artırılması, yerli və xarici investorlar üçün proqnozlaşdırıla bilən investisiya mühitinin dəstəklənməsi sahəsində müqavilələrin tətbiqi mexanizminin yaradılması, aqrar sığorta, elektron hökumət sisteminin qurulması, qida təhlükəsizliyi sahələrində geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında hazırlanmış "Bitki sortlarıının sınağı və qeydiyyatı səhəsində əməkdaşlıq"sazişi" müzakirə edilib. Sazişdə əsas məqsəd fermerlərin həm ölkədə yaradılan, həm də idxal olunan bitki sortlarının toxumlarının əldə etmək imkanlarının artırılması və bununla əlaqədar Dövlət Sort Sınaq Komissiyasının təkmilləşdirilməsi vasitəsilə kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasından ibarətdir.
Nazir Heydər Əsədov Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən bundan sonra da proiritet hesab olunun sahələr üzrə həyata keçirilən layihələrə daim dəstək olacağını və bunu üçün lazımı şərait yaradacağını bildirib.
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya ölkələri üzrə aqrobiznes sahəsində əməliyyatlar üzrə baş məsul şəxs Heinz Strubenhoff səmimi qəbula görə öz minnətdarlığını bildirərək, qeyd olunan məsələlər üzrə qısa müddətdə təkliflər paketi hazırlanacağını və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB