ARDNŞ-ə 5,6 mln. manat ziyan dəyib

Ötən il Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10878 əhali və 498 qeyri-əhali kateqoriyasına aid abonentlərin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib edilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, 18253 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş "qüsur aktları"na əsasən, dəymiş ziyan 5623076 manat dəyərində hesablanıb. Qeyd edək ki, cari ildə tərtib olunmuş "qüsur aktları"nın miqdarı 2012-ci illə müqayisədə 1404 ədəd az olub.

"Azəriqaz" İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə