İlham Şaban: “Davos iqtisadi əlaqələrin genişlənməsinə ximət edir”
Müsahibimiz iqtisadçı İlham Şabandır
- İlham müəllim, hazırda İsveçrədə keçirilən Davos İqtisadi Forumunun dünya iqtisadiyyatında daha geniş sferanı əhatə etməsini necə dəyərləndirirsiniz?
- Davos İqtisadi Forumu 44-cü dəfədir ki keçirilir. Bu iqtisadi forum mütəmadi olaraq hər il keçirilir. Əvvəlki illərdən fərqli olaraq bu ilki foruma daha çox iş adamının iştirakı ilə yadda qalıb. Belə ki onların sayı 1500 keçib və təqribən 80 milyarder bu forumda iştirak edir. ABŞ nümayəndə heyətinə Bill Geytsin rəhbərlik etməsi və çıxışı forumu daha maraqlı edib. O bu forumda gəlirlərin bölünməsinin qloballaşdırılması problemini ortaya qoyub. Səslənən fikirlərdən biri də bu olub ki, dünyadakı 82 milyarderin dünya əhalisinin qazancının yarısına sahib olmasıdır. Bu bərabərsizlik dünyada insanlar tərəfindən rəğbətlə qarşılanmır. Bill Geytsin fikrincə, buna görə də, gəlirlər və gəlirlərin bölüşdürülməsi məsələsində yeni formalara, yeni bir keçidə baxmaq lazımıdır.
- Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, ölkəmizin burada iştirakı çox vacibdir. Çünki, bu forumda iştirak edən ölkələr və onların nümayəndələri ilə əməkdaşlıq etmək dövlətimiz üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan neft və qaz ölkəsidir. Ölkəmizi bu forumda Dövlət Neft Şirkəti təmsil edir. Foruma dünyanın tanınmış iş adamları, inkişaf etmiş ölkələrin dövlət başçıları rəhbərlik edir. Azərbaycan üçün hazırda əsas mövzu mavi yanacaqla bağlıdır. Çünki ölkəmiz gerçəkləşdirdiyi layihələrdən olan "Şahdəniz-2" layihəsi irimiqyaslı və qlobal bir layihədir. Bununla bağlı əsas məsələ odur ki, Azərbaycan qazı Avropaya çıxarılacaq və Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
- Bu ilin "Sənaye ili" elan olması ölkədə sənayenin inkişafına hansı töhfələri verəcək?
- 2014-cü ilin sənaye ili elan olunması diqqətəlayiqdir. Təkcə "Şahdəniz-2" layihəsi başlanğıcda 25 milyardlıq layihənin startı deməkdir. Bu isə ölkəmiz üçün iri layihələrin əsas təməl mərasimi və prinsipidir. Bu layihə 5 il davam edəcək. Özündən sonra isə bu layihə həm ixtisaslı kadrlar həm də böyük sənaye obyektləri qoyacaq. Bu isə əsas neft və qaz sənayesidir. Bu layihə neft və qaz sənayesinə xidmət edəcək sektorlara yol açır. Bunun davamı olaraq Dövlət Neft Şirkətinin 2019-cu ilə qədər yeni neft kimya kompleksi Qaradağda fəaliyyətə başlayacaq. Bunun nəticəsində Sumqayıtda həmin kimya zavodundan faydalanacaq müəssisələr fəaliyyətə başlayacaq. Sənayenin yayılması genişlənməsi üçün kapital lazımdır. Bu kapital isə güclü olan irimiqyaslı layihələr həyata keçirən ölkəmizdə artıq var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB