Heydər Əsədovun Ucarda vətəndaşlarla görüşünün vaxtı dəyişib

Heydər Əsədovun Ucarda vətəndaşlarla görüşünün vaxtı dəyişib

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 24-də saat 11:00-da Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ucar şəhəri, Heydər Əliyev küçəsi,29) Ucar, Kürdəmir, Ağdaş, Zərdab və Göyçay rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü yanvarın 31-i tarixinə keçilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: (020) 21-3-01-60, (055) 892-90-91) tərəfindən həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə