“Mingəçevir Elektrik Şəbəkəsi”ndə mövsümə hazırlıq işləri yekunlaşıb

“Mingəçevir Elektrik Şəbəkəsi”ndə mövsümə hazırlıq işləri yekunlaşıb

Xidməti ərazilərində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə "Mingəçevir Elektrik Şəbəkəsi"nin (EŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövsümə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir. Tədbirlər planına uyğun olaraq, dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə 110 kV-lik "Şəhər" yarımstansiyasından çıxan 6 kV-lik 8, 19 və 25 saylı "Şəhər", "Az.İES" yarımstansiyasından çıxan 6 kV-lik "Jildom" və digər hava elektrik xətləri təmir edilib. 6 kV-lik şəbəkə üzrə nəzərdə tutulmuş işlər qrafikə uyğun uğurla başa çatıb və 2,2 km-ə yaxın xətdə də müxtəlif təyinatlı təmir işləri aparılıb, 300 mertrə yaxın naqil yenisi ilə əvəzlənib. Eyni zamanda dayaqlar düzləndirilib, xətlərin qabariti normallaşdırılıb və trassası yaşıl kütlədən təmizlənib.

Müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik enerji daşıyıcılarında da müvafiq təmir-bərpa işlər yerinə yetirilib. O cümlədən, 349 metr naqil SİP kabel xətti ilə əvəzlənib və 1,6 km-ə yaxın hissədə isə əsaslı və cari təmir işləri aparılıb. Yeri gəlmişkən, ötən ilin son 3 ayı ərzində rayon üzrə 37 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Onu da qeyd edək ki, həyata keçirilən analoji tədbirlər yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək qeyd etdi ki, ötən ilin 12 ayı ərzində müəssisə üzrə ümumi istehlak 136,8 milyon kilovatsaata, o cümlədən dekabr ayında isə 16,1 milyon kilovatsaata yaxın olub. Nəticədə 2012-ci ilin 12 aylıq göstəriciləri ilə müqayisədə istehlak 714 min kilovatsaata yaxın azalıb, ödənişdə mütləq artım isə bir faizdən çox olub. O cümlədən, dekabr ayında istehlak 695 min kilovatsaatdan çox, ödəniş isə mütləq 8 faizə yaxın artıb. 2013-cü ildə daimi əhali istehlakçıları üzrə 47,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da 2012-ci ilin eyni dövründəki istehlakdan 1,2 milyon kilovatsaat azdır. Ödəniş isə mütləq 2 faizdən çox artıb. O cümlədən, dekabr ayında isə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə `355 min kilovatsaat artaraq 6,4 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 15 faizə yaxın olub.

Mənbə onu da bildirib ki, müəssisənin xidməti ərazisində 2013-cü ilin dekabr ayında keçirilmiş reydlər zamanı 3 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 8,5 min kilovatsaata yaxın (bundan 5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 510 manata yaxın istehlak dəyəri bərpa edilib. Ümumiyyətlə isə ötən ilin 12 ayı ərzində burada 208 qayda pozuntusu (bundan 164-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar edilərək 4 milyon 67,9 min kilovatsaata yaxın (bundan 3 milyon 797,9 min kilovatsaatdan artıq məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 244 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 27 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə