Musa Quliyev: “Səhiyyə əsas prioritet istiqamətlərdən biridir”
"Sosial sahə olaraq səhiyyə də Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətlərindən biridir". SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev belə deyib.
Onun sözlərinə görə, dövlət bu sahəyə daim diqqət və qayğı göstərir: "Belə ki, bir çox xəstəxanalar istifadəyə verilib və əsaslı təmir olunub. Həmin xəstəxanalar tamamilə müasir texnologiyalarla və avadanlıqlarla təchiz edilib. Bu xəstəxanalarda xəstələrin stasionar şəraitdə müalicə olunması, qalması və sağlamlıqlarının bərpa olunması üçün yüksək səviyyədə şərait yaradılıb. Ölkəmizdə xəstəxanaların böyük bir qismi dövlət tərəfindən maliyyələşdirilir. Dövlətin səhiyyə sistemini maliyyələşdirməsi əhalinin sosial və sağlamlıq vəziyyətinin yaxşılaşdırmaqdan ibarətdir. Səhiyyə sistemində kadr təminatının yaxşılaşdırılması müasir texnologiyadan və müalicə cihazlarını işlədə bilən kadrların hazırlanması üçün lazımi işlər görülür".
Prezident İlham Əliyevin göstərişi ilə hər il Azərbaycandan 1500 nəfərə yaxın həkim və orta tibb işçisinin təcrübəsinin artırılması məqsədilə xarici ölkələrə göndərildiyini deyən millət vəkili deyib ki, həkimlər bu ölkələrdə kurslar keçir və təcrübə qazanırlar: "Onlar qazandıqları təcrübəni ölkəyə qayıdaraq mükəmməl səviyyədə tətbiq edirlər. Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində rezidentura sistemi yaradılıb. Bütövlükdə götürdükdə isə Azərbaycanda səhiyyəyə ayrılan vəsait artırılıb. Səhiyyəyə ayrılan diqqət və qayğının nəticəsində ana və uşaq ölümləri minimum səviyyəyə enib. Bir sözlə səhiyyə əsas prioritet istiqamətlərdən biridir və dövlətimiz bu sahəyə daim qayğı göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB