Vahid Əhmədov: “Şahdəniz-2 layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oyanayır”
"Şahdəniz-2 layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir". SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.
Onun sözlərinə görə, uzun illər Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində bu layihənin reallaşması çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirəcək: "Şahdəniz-2 layihəsi dünyada 2013-cü ildə imzalanan ən uğurlu layihələrindən biridir. Bu layihə imzalanmadan öncə müəyyən tərəddüdlər var idi. Lakin, razılıq əldə olunaraq Azərbaycan belə böyük və uğurlu layihəyə imza atdı".
Vahid Əhmədov qeyd edib ki, Şahdəniz–2 yatağından çıxarılan təxminən 1,2 trilyon qazın ixracı üçün çox mühüm bir şərait yaradır: "Yəni, bu qaz faktiki olaraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu məhz bu layihə ilə əlaqədardır. Bu isə ölkə başçısı İlham Əliyevin bu sahədəki uğurlu siyasətinin nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB