WTI markalı neft ucuzlaşır

Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,53 dollar və ya 0,6% azalaraq 1 barelə görə 93,43 dollar olub. SİA-nın məlumatına görə, yanvarın 6-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 106,73 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə