Neft ucuzlaşıb

Yanvarın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,48 dollar və ya 1,6% azalaraq 1 barelə görə 93,96 dollar olub. SİA xəbər verir ki, yanvarın 3-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,89 dollar və ya 0,8% azalaraq 106,89 dollar olub təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə