“AtaBank” ın “Facebook” fanları hədiyyə qazanıb

“AtaBank” ın “Facebook” fanları hədiyyə qazanıb

Bu gün "AtaBank" ın baş ofisində "Facebook" səhifəsinin fanlarına dəyərli hədiyyələr təqdim olundu. Aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar "AtaBank" tərəfindən Yeni il münasibəti ilə mükafatlandırılıblar. Yeni il çərçivəsində Səbuhi Cumşüdə, Aynur Bənnayevaya, Gülüstan Qəhramanovaya, İlahə Rəhimliyə, Elmirə Əzizovaya, Sevgi Hüseynovaya və Ülkər Cəfərovaya "AtaBank" dan bahalı hədiyyələr təqdim olunub.

Azərbaycanda ən populyar sosial şəbəkə olan "Facebook" da "AtaBank" ın rəsmi səhifəsi bir neçə aydır ki fəaliyyət göstərir. Burada "AtaBank" ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

"Facebook" səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar isə burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda "AtaBank" ın "Facebook" səhifəsində fanlar üçün yeni "Yeni il, Yeni Şans" kampaniyasına start verilib.

"AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız "Facebook" la məhdudlaşdırmır. Müştərilər "Twitter", "Youtube", Linkedin, google+ və digər populyar sosial şəbəkələrdə bankın rəsmi səhifələrini görə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə